Bakı. 29 yanvar. REPORT.AZ/ Ötən il Avropada ən az korrupsiyalaşmış ölkələr Danimarka (91 xal), Finlandiya (90 xal) və İsveç (89 bal) olub.
"Report" "Euronews"a istinadən xəbər verir ki, bu barədə "Transparency International" Beynəlxalq Antikorrupsiya Hərəkatının 2015-ci il üçün hazırladığı korrupsiyanı qavrama indeksi üzrə hesabatında məlumat verilir.
Avropa İttifaqının ən çox korrupsiyalaşmış ölkələri sırasında isə İtaliya, Yunanıstan, Slovakiya, Xorvatiya, Macarıstan yer alıb. İtaliya 44 xalla 61-ci sırada qərarlaşıb. 58-ci sırada yer alan Yunanıstan isə indeks xallarının sayını 46-ya çatdırıb. Hərçənd 2012-ci ildə bu göstərici 36 olub. Bu isə o deməkdir ki, maliyyə böhranı ölkəyə İspaniya ilə müqayisədə elə də ciddi təsir göstərməyib.
Ən yüksək korrupsiya indeksi isə Slovakiya, Xorvatiya və Macarıstanda qeydə alınıb. Bu ölkələr 51 xalla 50-ci yerləri bölüşdürür. Polşa 62 xalla 30-cu, Bolqarıstan isə 41 xalla 69-cu sırada qərarlaşıb. İspaniya 58 indeks xalı qazanıb (36-cı yer).
Hollandiya və Norveç 87 xalla 5-ci, İsveçrə isə 86 xalla 7-ci olub.
Almaniya, Lüksemburq, Böyük Britaniya 81 xalla 10-cu pillədə qərarlaşıb.