Bakı. 23 mart. REPORT.AZ/ Avropa İttifaqına üzv dövlətlərin daxili işlər və ədliyyə nazirləri martın 24-də Brüsseldə növbədənkənar iclasa toplaşacaq.
"Report"-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, əsas müzakirə mövzusu Brüssüldə törədilən terror aktları olacaq.
Növbədənkənar iclasın keçirilməsi tələbini hazırda Aİ-yə sədrlik edən Hollandiya gündəmə gətirib.