Aİ-nin daimi nümayəndələri “Brexit” üzrə yeni sazişi təsdiqlədi

Aİ-nin daimi nümayəndələri “Brexit” üzrə yeni sazişi təsdiqlədi Avropa İttifaqının Daimi Nümayəndələr Komitəsi bu gün Böyük Britaniya ilə ticarət sazişinin gələn il yanvarın 1-dən etibarən reallaşdırılmasını təsdiqləyib
Digər ölkələr
28 Dekabr , 2020 17:58
Aİ-nin daimi nümayəndələri “Brexit” üzrə yeni sazişi təsdiqlədi

Avropa İttifaqının (Aİ) Daimi Nümayəndələr Komitəsi bu gün Böyük Britaniya ilə ticarət sazişinin gələn il yanvarın 1-dən etibarən reallaşdırılmasını təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə komitənin rəsmi nümayəndəsi Sebastyan Fişer bildirib.

“Daimi dümayəndələr yekdilliklə 1 yanvar 2021-ci il tarixdən Britaniya ilə Ticarət və Əməkdaşlıq Sazişinin müvəqqəti tətbiqini təsdiqləyiblər”, - Fişer “Twitter”də yazıb.

O əlavə edib ki, bu qərarın rəsmi təsdiqinin sabah - bütün Aİ dövlətlərindən yazılı təsdiq aldıqdan sonra olacağı gözlənilir.

Xatırladaq ki, dekabrın 24-də Britaniya və Avropa Komissiyasının nümayəndələri aylardır davam edən çətin danışıqlardan sonra gələcək əməkdaşlıq, o cümlədən ticarət əlaqələri barədə razılığa gəliblər. Saziş Aİ ölkələrinin razılığını və Avropa Parlamentinin, habelə Britaniya parlamentinin təsdiqini tələb edir.

Son xəbərlər

Orphus sistemi