Aİ-nin bugünkü sammitində koronavirus, enerji məsələləri müzakirə olunacaq

Aİ-nin bugünkü sammitində koronavirus, enerji məsələləri müzakirə olunacaq Avropa İttifaqının (Aİ) Brüsseldə bu gün keçiriləcək sammitində koronavirusla mübarizə, o cümlədən vaksinasiya, enerji qiymətləri müzakirə olunacaq.
Digər ölkələr
16 Dekabr , 2021 08:55
Aİ-nin bugünkü sammitində koronavirus, enerji məsələləri müzakirə olunacaq

Avropa İttifaqının (Aİ) Brüsseldə bu gün keçiriləcək sammitində koronavirusla mübarizə, o cümlədən vaksinasiya, enerji qiymətləri müzakirə olunacaq.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib.

Sammitdə həmçinin Aİ-NATO əməkdaşlığı, o cümlədən Rusiya və Ukrayna sərhədindəki vəziyyət diqqət mərkəzində olacaq.

Avropa İttifaqı ölkələrinin dövlət və hökumət başçıları Belarusla sərhəddə miqrant problemini də müzakirə edəcəklər.

Sammit Brüsseldə tam ştat formatında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi