Aİ-nin bəzi ölkələrində “yaşıl sertifikat” verilməsinə başlandı

Aİ-nin bəzi ölkələrində “yaşıl sertifikat” verilməsinə başlandı Avropa İttifaqının üzv ölkələri olan Almaniya, Bolqarıstan, Çex Respublikası, Danimarka, Xorvatiya, Polşa, Yunanıstanda iyunun 1-dən koronavirusdan peyvəndləmə sənədi olan “rəqəmli yaşıl sertifikat” verilməyə başlanıb.
Digər ölkələr
143
1 İyun , 2021 15:17
Aİ-nin bəzi ölkələrində “yaşıl sertifikat” verilməsinə başlandı

Avropa İttifaqının (Aİ) üzv ölkələri olan Almaniya, Bolqarıstan, Çex Respublikası, Danimarka, Xorvatiya, Polşa, Yunanıstanda iyunun 1-dən koronavirusa qarşı peyvəndləmə sənədi olan “rəqəmli yaşıl sertifikat” verilməyə başlanıb.

“Report” xəbər verir ki, bu barədə Avropa Komissiyasının bugünkü açıqlamasında bildirilir.

Xatırladaq ki, mayın 20-də Avropa Parlamenti ilə Aİ Şurası arasında sertifikatın nizamnaməsinə dair siyasi saziş imzalanmışdı. Həmin nizamnamə iyulun 1-dən qüvvəyə mindikdən sonra bütün üzv ölkələr müvafiq sınaq və hazırlıq keçirəcəkləri təqdirdə sertifikatları tətbiq edə biləcəklər.

Son xəbərlər

Orphus sistemi