Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel Niger ordusuna müraciət edib.
“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
O, müraciətdə devrilmiş prezident Məhəmməd Bazumun azadlığa buraxılmasını tələb edib.
Bundan əvvəl BMT Təhlükəsizlik Şurası da onun azadlığa buraxılmasını tələb etmişdi.
Xatırladaq ki, iyulun 26-da Niger Prezidenti Məhəmməd Bazum və həyat yoldaşı mühafizəçiləri tərəfindən saxlanılıblar. İyulun 27-nə keçən gecə ölkənin silahlı qüvvələri bütün dövlət qurumlarının işini dayandırıb, komendant saatı tətbiq edilib və sərhədlər bağlanıb.