Aİ Moldovaya 40 milyon avroluq hərbi yardım ayırır

Aİ Moldovaya 40 milyon avroluq hərbi yardım ayırır Avropa İttifaqı (Aİ) Moldovaya hərbi yardım proqramının başladığını elan edib və bunun üçün Avropa Sülh Fondundan 40 milyon avro ayrılacaq.
Digər ölkələr
2 İyul , 2022 21:55
Aİ Moldovaya 40 milyon avroluq hərbi yardım ayırır

Avropa İttifaqı (Aİ) Moldovaya hərbi yardım proqramının başladığını elan edib və bunun üçün Avropa Sülh Fondundan 40 milyon avro ayrılacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının dərc etdiyi bəyanatda deyilir.

"Proqramın ümumi məqsədi milli təhlükəsizliyin, sabitliyin və müdafiə sektorunun dayanıqlığının gücləndirilməsi məqsədilə Moldova Silahlı Qüvvələrinin imkanlarının genişləndirilməsinə töhfə verməkdir", - məlumatda deyilir.

Proqram Moldova ordusu üçün öldürücü olmayan avadanlıqların, o cümlədən kəşfiyyat pilotsuz təyyarələri və taktiki rabitə vasitələrinin əldə edilməsinə yönəlib.

Son xəbərlər

Orphus sistemi