Yuxarı
    Bağlamaq

    Aİ missiyasının helikopteri Kosovoda qəzaya uğrayıb

    Hadisə nəticəsində yaralıların olduğu bildirilsə də, ölənlər haqqında məlumat verilmir

    Bakı. 12 may. REPORT.AZ/ Avropa İttifaqının missiyasının helikopteri Priştina hava limanında qəzaya uğrayıb. "Report"un "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə "Reuters" agentliyi məlumat yayıb. 

    Hadisə nəticəsində yaralıların olduğu bildirilsə də, ölənlər haqqında məlumat verilmir. 

    "Avropa İttifaqının missiyasının helikopteri Kosovoda, Priştina hava limanında qəzaya uğrayıb. Xəsarət alanlar var, qəzanın baş vermə səbəbləri araşdırılır", - NATO-nun nümayəndəsi agentliyə bildirib. 

    Yerli KİV-lərin məlumatına görə, qəza səbəbindən hava limanı müvəqqəti bağlanıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi