Aİ liderlərinin büdcə danışıqları yenidən nəticəsiz qaldı

Aİ liderlərinin büdcə danışıqları yenidən nəticəsiz qaldı Avropa İttifaqı (Aİ) liderləri 2021-2027 illər üzrə 1,074 trilyon avroluq büdcə planı və qurumun iqtisadiyyatın 750 milyard avroluq bərpa fondunun yaradılması ilə bağlı aparılan danışıqlarda yenidən irəliləyişə nail ola bilməyiblər.
Digər ölkələr
309
19 İyul , 2020 04:09
Aİ liderlərinin büdcə danışıqları yenidən nəticəsiz qaldı

Avropa İttifaqı (Aİ) liderləri 2021-2027 illər üzrə 1,074 trilyon avroluq büdcə planı və qurumun iqtisadiyyatın 750 milyard avroluq bərpa fondunun yaradılması ilə bağlı aparılan danışıqlarda yenidən irəliləyişə nail ola bilməyiblər.

“Report” xəbər verir ki, bu barədə  Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin mətbuat katibi Barend Leyts “Twitter” səhifəsində məlumat verib.

“Proqram əvvəlcə iki gündən - cümə və şənbə günlərindən ibarət idi. Ancaq danışıqlar uzanıb. Plenar iclas başa çatdı. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel sabah günorta saatlarında yenidən iclas çağıracaq”-deyə, o əlavə edib.

Qeyd edək ki, iki gündür liderlər Aİ-nin 7 illik büdcəsi ilə yanaşı 1,7 trilyon avro dəyərində maliyyə paketinin müzakirə edir.

Bu paketin bir hissəsini pandemiyadan zərər görən ölkələrin iqtisadi fəallığını artırmaq üçün nəzərdə tutulan 750 milyard avro həcmindəki yardım fondunun yaradılmasını təşkil edir. Digər qismi isə Şarl Mişelin təqdim edəcəyi ittifaqın 7 illik büdcəsidir.

Lakin yardım fondu ilə bağlı birlik ölkələri arasında fikir ayrılığı mövcuddur. Şimal dövlətləri fonddan daha sərt şərtlərlə və nəzarətlə vəsait ayrılmasında israr edirlər. Belə ki, Niderland, Avstriya, Danimarka və İsveç edilən yardımların qaytarılmasını stəyir. Lakin infeksiyadan çox zərər görən İspaniya və İtaliya isə yardımların sonradan geri qaytarılmasına qarşıdır.

Xatırladaq ki, 750 milyard avronun 250 milyard avrosu kredit və 500 milyard avrosu isə qrantdır.

“Bloomberg”in məlumatına görə, Niderland hökuməti təklifi məmnuniyyətlə qarşılayarkən, proqramdakı qrantların həcmini 500 milyard avrodan 450 milyard avroya endirib. Lakin, Avstriya, Finlandiya və digər ölkələr bu rəqəmi 400 milyard avrodan xeyli aşağı salmaq istəyirlər.

Bu arada ötən gün 13 saatlıq danışıqlardan sonra Avropa ittifaqı liderləri nə Avropa İttifaqının 7 illik büdcəsi, nə də pandemiyadan sonra iqtisadiyyatın bərpa fondu barədə danışıqlarda irəliləyişə nail ola bilməyiblər.

Brüsseldəki diplomatik mənbənin məlumatına görə, əsas fikir ayrılığı Niderland, Avstriya, həmçinin Şimali Avropanın bəzi ölkələri və İtaliya başda olmaqla pandemiyanın ən çox zərər vurduğu cənub bloku arasında yaranıb.

İtaliyanın baş naziri Cuzeppe Konte Brüsseldəki danışıqların uzun müddət davam etməsinə etirazını bildirib.

“Sabah davam edəcəyik, çünki bitirməliyik, razılığa gəlməliyik. Danışıqların uzanması heç kimə xeyir vermir. Son dərəcə mürəkkəb büdcə layihəsi yardım fondunun yaradılması ilə bağlıdır. Ya hamı qazanacaq, ya da hər kəs itirəcək.”-deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi