KİV: Aİ liderləri Yunanıstanı avrozonada saxladı

KİV: Aİ liderləri Yunanıstanı avrozonada saxladı Bunun müqabilində Yunanıstan xarici kreditorlar qarşısında götürdüyü borc öhdəliklərini dəqiqliqlə yerinə yetirməlidir
Digər ölkələr
13 İyul , 2015 06:06
KİV: Aİ liderləri Yunanıstanı avrozonada saxladı

Bakı. 13 iyul. REPORT.AZ/ Avropa İttifaqının liderləri Yunanıstan böhranından çıxış yollarını müzakirə etmək üçün xüsusi sammit keçirib.

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, sammit iştirakçıları Afinanın avrozonada qalmasına dair qərar qəbul edibl. Lakin bunun müqabilində Yunanıstan xarici kreditorlar qarşısında götürdüyü borc öhdəliklərini dəqiqliqlə yerinə yetirməlidir.

Toplantı iştirakçılarına yaxın mənbə Yunanıstana üçüncü paket yardımın ayrılması qərarını şərh edərkən deyib: "Bu yardım proqramı Afinanın öz öhdəliklərini yerinə yetirməsi ilə bilavasitə əlaqəli olacaq. Yunanıstan ancaq pensiya və vergi sahəsində islahatların tətbiqini də nəzərdə tutan altı qanun layihəsini tətbiq etməyə başladıqdan sonra Aİ liderləri bir daha sammit keçirəcək və üç il davam edəcək 90 milyard dollar məbləğindəki yardım proqramının davamına rəy verəcək". 

Son xəbərlər

Orphus sistemi