Aİ mühacir probleminin həllinə dəstək müqabilində Ankara ilə viza rejimini sadələşdirir

Aİ mühacir probleminin həllinə dəstək müqabilində Ankara ilə viza rejimini sadələşdirir Bunu jurnalislərə Avropa Komissiyasının prezidenti Jan Klod Yunker bildirib
Digər ölkələr
16 Oktyabr , 2015 04:44
Aİ mühacir probleminin həllinə dəstək müqabilində Ankara ilə viza rejimini sadələşdirir

Bakı. 16 oktyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Türkiyə ilə viza rejiminin sadələşdirilməsi istiqamətində daha fəal addımlar atmağa hazırdır. Bunun müqabilində isə Ankara mühacir probleminin həllində Avropa ilə daha sıx əməkdaşlıq etməlidir. "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu jurnalislərə Avropa Komissiyasının prezidenti Jan Klod Yunker bildirib.

Onun sözlərinə görə, artıq Aİ ilə Türkiyə arasında bu istiqamətdə razılıq əldə olunub.

Bununla belə, Yunker vurğuayıb ki, Avropa İttifaqına üzvlük məsələsində Ankaraya həhansı xüsusi status verilməyəcək: "Müəyyən olunmuş qaydalar əsasında danışıqları davam etdirəcəyik. Əldə olunan nailiyyətləri isə 2016-cı ilin aprel ayında müzakirəyə çıxaracağıq".

Qeyd edək ki, Aİ qaçqınlarla bağlı məsələdə Türkiyəyə dəstək məqsədi ilə üç milyard avro ayıra bilər.

Son xəbərlər

Orphus sistemi