Aİ səfirləri "Brexit"dən sonra Britaniyaya vizasız rejim tətbiq etməklə bağlı razılığa gəliblər

Aİ səfirləri "Brexit"dən sonra Britaniyaya vizasız rejim tətbiq etməklə bağlı razılığa gəliblər Bakı. 1 fevral. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Brexitdən sonra Böyük Britaniya vətəndaşlarına viza almadan 90 günədək Şengen zonasına daxil olmaq imkanı verilməsi ilə bağlı razılıq əldə ediblər, indi bu məsələ ilə bağlı Avropa Parlamenti (AP) ilə danışıqlar aparmaq lazımdır.
Digər ölkələr
1 Fevral , 2019 15:49
Aİ səfirləri Brexitdən sonra Britaniyaya vizasız rejim tətbiq etməklə bağlı razılığa gəliblər

Bakı. 1 fevral. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri "Brexit"dən sonra Böyük Britaniya vətəndaşlarına viza almadan 90 günədək Şengen zonasına daxil olmaq imkanı verilməsi ilə bağlı razılıq əldə ediblər, indi bu məsələ ilə bağlı Avropa Parlamenti (AP) ilə danışıqlar aparmaq lazımdır.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının press-relizində deyilir.

Bununla əlaqədar səfirlər Aİ Şurasının nümayəndələrinə bu qanun layihəsi ilə bağlı AP ilə danışıqlara başlamaq tapşırığı verib.

"Aİ qaydalarına əsasən, vizalardan azad edilmə qarşılıqlı xarakter daşıyır. Birləşmiş Krallıq hökuməti də qeyd edib ki, qısa müddətə Böyük Britaniyaya gələn Aİ vətəndaşlarından viza tələb etməyəcək", - press-relizdə vurğulanıb.

Son xəbərlər

Orphus sistemi