Aİ İspaniya və Portuqaliyaya qarşı sanksiyaların tətbiq edilməsi proseduruna başlayıb

Aİ İspaniya və Portuqaliyaya qarşı sanksiyaların tətbiq edilməsi proseduruna başlayıb Bu ölkələrə ÜDM-in 0,2%-i qədər cərimələr tətbiq edilə bilər
Digər ölkələr
12 İyul , 2016 17:08
Aİ İspaniya və Portuqaliyaya qarşı sanksiyaların tətbiq edilməsi proseduruna başlayıb

Bakı. 12 iyul. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) ölkələrinin maliyyə nazirləri rəsmi olaraq İspaniya və Portuqaliyaya qarşı sanksiyaların tətbiq edilməsi proseduruna başlanması barədə razılığa gəliblər.

"Report" BBC-yə istinadən xəbər verir ki, adıçəkilən ölkələr büdcə kəsirini azalda bilmədiklərinə görə sanksiyaya məruz qala bilər.

Brüsseldə keçirilən görüşün yekununda qəbul edilmiş bəyənatda deyilir ki, Maliyyə Nazirləri Şurası İspaniya və Portuqaliyanın büdcə kəsirini azaltmaqla bağlı onlara verilən tövsiyələr qarşılığında effektiv tədbirlər həyata keçirə bilməməsi qənaətinə gəlib.

İspaniya və Portuqaliyanın öz əsaslarını təqdim etmək və qərardan şikayət etmək üçün 10 gün vaxtı var. Bundan sonra Avropa Komissiyası 20 gün ərzində sanksiyaların tətbiqi haqqında qərar qəbul etməlidir.

Ölkələr büdcə kəsirinin hansısa təcili vəziyyətlə bağlı olduğunu sübut edə bilməsə, onlara qarşı ÜDM-in 0,2%-i qədər cərimələr tətbiq edilə bilər.

Qeyd edək ki, indiyədək Aİ rəhbərliyi bloka daxil ölkələrin heç birinə qarşı bu cür cərimə tətbiq etməyib.

Son xəbərlər

Orphus sistemi