Aİ İraq və Suriyada döyüşən əcnəbi yaraqlıların bir hissəsinin kimliyini müəyyənləşdirib

Aİ İraq və Suriyada döyüşən əcnəbi yaraqlıların bir hissəsinin kimliyini müəyyənləşdirib Avrokomissar: "Çox güman ki, onların bir hissəsi artıq ölüb"
Digər ölkələr
11 Oktyabr , 2017 18:01
Aİ İraq və Suriyada döyüşən əcnəbi yaraqlıların bir hissəsinin kimliyini müəyyənləşdirib
Politico Europe

Bakı. 11 oktyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ), təxminən, 8 min əcnəbi yaraqlının kimliyini müəyyənləşdirib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Aİ-nin təhlükəsizlik məsələləri üzrə komissarı Yulian Kinq Avropa Parlamentinin Aİ səviyyəsində (TERR) qəbul edilən terrorizmlə mübarizə tədbirlərinə nəzarət komissiyasının Brüsseldəki iclasında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, çox güman ki, yaraqlıların bir hissəsi artıq İraq və Suriyada ölüb. 

Komissar digər yaraqlıların ya Avropaya qayıtmaq istədiklərini, ya da artıq qayıtdıqlarını bildirib.

Son xəbərlər

Orphus sistemi