Aİ İranda insan hüquqlarının pozulması ilə əlaqədar sansksiyaların müddətini daha bir il artırıb

Aİ İranda insan hüquqlarının pozulması ilə əlaqədar sansksiyaların müddətini daha bir il artırıb Bu məhdudlaşdırıcı tədbirlər 2011-ci ildə qəbul edilib
Digər ölkələr
12 Aprel , 2018 14:13
Aİ İranda insan hüquqlarının pozulması ilə əlaqədar sansksiyaların müddətini daha bir il artırıb

Bakı. 12 aprel. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) İranda insan hüquqlarının pozulması ilə əlaqədar sanksiyaların müddətini daha bir il müddətinə artırıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Aİ Şurasından bildirilib.

"Şura İranda insan hüquqlarının ciddi şəkildə pozulması ilə bağlı məhdudlaşdırıcı tədbirləri 2019-cu il aprelin 13-dək uzadıb. Bu tədbirlər özündə səfərlərə qadağa qoyulmasını və 82 nəfər və 1 təşkilatın aktivlərinin dondurulmasını, eləcə də İrana daxili repressiya və telekommunikasiyanın izlənilməsi üçün avadanlıq ixrac olunmasına qadağanı ehtiva edir", - mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd edək ki, bu məhdudlaşdırıcı tədbirlər 2011-ci ildə qəbul olunub.

Son xəbərlər

Orphus sistemi