Aİ hava limanlarındakı təhlükəsizlik tədbirlərini yenidən nəzərdən keçirəcək

Aİ hava limanlarındakı təhlükəsizlik tədbirlərini yenidən nəzərdən keçirəcək Hava limanlarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məsələsi Aİ-nin 28 ölkəsinin xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq
Digər ölkələr
1 Aprel , 2016 16:26
Aİ hava limanlarındakı təhlükəsizlik tədbirlərini yenidən nəzərdən keçirəcək

Bakı. 1 aprel. REPORT.AZ/ Avropa İttifaqı Brüsseldəki terror aktlarından sonra hava limanlarındakı təhlükəsizlik tədbirlərini yenidən nəzərdən keçirəcək.

"Report" xəbər verir ki, bu qərar bir gün əvvəl Amsterdamda keçirilən Aİ Mülki Aviasiya Təhlükəsizliyi üzrə Ekspert Komitəsinin fövqəladə iclasının nəticələrinə görə qəbul edilib. 

Hava limanlarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məsələsi Aİ-nin 28 ölkəsinin xarici işlər nazirlərinin aprelin 24-də keçiriləcək görüşündə müzakirə olunacaq.

Xatırladaq ki, martın 22-də Brüssel hava limanında iki partlayış baş verib, daha bir partlayış metronun "Melbek" stansiyasında baş verib. Nəticədə 30 nəfər həyatını itirib, daha 300 nəfər yaralanıb. 

Son xəbərlər

Orphus sistemi