Aİ əhalisinin üçdə birindən çoxuna koronavirus peyvəndinin birinci dozası vurulub

Aİ əhalisinin üçdə birindən çoxuna koronavirus peyvəndinin birinci dozası vurulub Avropa Komissiyası Aİ-nin yetkin yaşlı əhalisinin 70 faizinin iyulda artıq aşılanmış olacağına ümid edir
Digər ölkələr
6 May , 2021 16:50
Aİ əhalisinin üçdə birindən çoxuna koronavirus peyvəndinin birinci dozası vurulub

Avropa İttifaqının (Aİ) əhalisinin üçdə birindən (30 faizindən) çoxuna koronavirus peyvəndinin birinci dozası və təxminən 12 faizinə hər iki dozası vurulub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa səhiyyə komissarı Stella Kiriakides bu gün mətbuat konfransında bildirib.

Avropa Komissiyası Aİ-nin yetkin yaşlı əhalisinin 70 faizinin iyulda artıq aşılanmış olacağına ümid edir.

Son xəbərlər

Orphus sistemi