Aİ Əfqanıstana 1,2 milyard avro məbləğində yardım edəcək

Aİ Əfqanıstana 1,2 milyard avro məbləğində yardım edəcək Mogerini: "Digər tərəfdaşlarımızdan da analoji öhdəliklər götürdüklərini eşidəcəyimizə ümid edirəm"
Digər ölkələr
5 Oktyabr , 2016 12:40
Aİ Əfqanıstana 1,2 milyard avro məbləğində yardım edəcək

Bakı. 5 oktyabr. REPORT.AZ/ Avropa İttifaqı Əfqanıstana 1,2 milyard avro məbləğində yardım edəcək və çərşənbə günü Brüsseldə başlayacaq donorlar konfransında digər tərəfdaşlarından da analoji öhdəliklər götürmələrini gözləyir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini tədbirə gəlişi zamanı bildirib.

"Aİ Əfqanıstana 1,2 milyard avro məbləğində vəsait ayıracaq. Digər tərəfdaşlarımızdan da analoji öhdəliklər götürdüklərini eşidəcəyimizə ümid edirəm", - deyə o vurğulayıb.

"Bu konfrans təkcə maliyyə yardımı təmin edilməsi üçün yox, həm də Əfqanıstana siyasi dəstək verilməsi perspektivlərinin müzakirəsi üçün nəzərdə tutulub. Bu ölkədə təhlükəsizliyin təmin edilməsi də onun bərpa olunması üçün həlledici əhəmiyyətə malikdir", - deyə F.Mogerini əlavə edib.

O, Aİ-nin təşkil etdiyi Əfqanıstan üzrə iki günlük konfransa dünyanın 70 ölkəsindən və 30 beynəlxalq təşkilatdan nümayəndə heyətlərinin qatıldığını bildirib.

Xatırladaq ki, konfransda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir. 

Son xəbərlər

Orphus sistemi