Bakı. 29 oktyabr. REPORT.AZ/ Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Mogerini Tehrana səfəri zamanı İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, görüş zamanı tərəflər Suriyadakı vəziyyəti, ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, dünən İran XİN-in rəsmi nümayəndəsi Bəhram Qasımi F.Mogerininin Tehrana səfəri zamanı İran prezidenti Həsən Ruhani ilə görüşə biləcəyini açıqlayıb.