Britaniyanın baş naziri: "Aİ-də üzvlüklə bağlı daha bir referendum olmayacaq"

Britaniyanın baş naziri: "Aİ-də üzvlüklə bağlı daha bir referendum olmayacaq" "Geriyə yol yoxdur"
Digər ölkələr
19 Aprel , 2017 13:12
Britaniyanın baş naziri: Aİ-də üzvlüklə bağlı daha bir referendum olmayacaq

Bakı. 19 aprel. REPORT.AZ/ "Böyük Britaniyanın Avropa İttifaqındakı üzvlüyünün qorunmasına dair təkrar referendum olmayacaq".

"Report" BBC-yə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Tereza Mey bildirib.

"Geriyə yol yoxdur. İndi hökumət "Brexit"lə bağlı verdiyi vədləri yerinə yetirməlidir", - o deyib.

Qeyd edək ki, 2016-cı ilin yayında britaniyalı seçicilərin təxminən 52%-i Aİ-dən çıxmağa səs verdikdən az sonra ölkədə ikinci referendumun keçirilməsiylə bağlı kampaniya başladılıb.

Britaniyanın Aİ-dən çıxışı ilə bağlı təkrar referendum üzrə onlayn-petisiya bir neçə milyon imza toplayıb.

Son xəbərlər

Orphus sistemi