Aİ-də turistlərin daha ciddi hesabatının aparılması təklif edilib

Aİ-də turistlərin daha ciddi hesabatının aparılması təklif edilib Fransa baş nazirinin fikrincə, ölkələr arasında səyahət edənlər haqqında məlumatların mübadiləsi İŞİD üzvü olan yaraqlıları izləməyə kömək edəcək
Digər ölkələr
13 Aprel , 2016 14:07
Aİ-də turistlərin daha ciddi hesabatının aparılması təklif edilib

Bakı. 13 aprel. REPORT.AZ/ Fransa baş naziri Manuel Valls Avropa İttifaqı çərçivəsində səyahət edən aviasərnişinlərin hesabatının aparılması təklif edilib.

"Report" "Euronews"a istinadən xəbər verir ki, Avropa Parlamentində məsələ ilə bağlı səsvermə aprelin 14-də keçirilməlidir.

Baş nazirin fikrincə, ölkələr arasında səyahət edənlər haqqında məlumatların mübadiləsi İŞİD üzvü olan yaraqlıları izləməyə kömək edəcək: "Heç kim heç vaxt bu tədbirin terror hücumlarının qarşısını tam alacağını deməyib. Amma belə bir ümumavropa hesabatı bizə terrorizmə qarşı effektiv mübarizə üçün əlavə üstünlük verərdi".

Qeyd edək ki, sərnişinlərin hesabatı təcrübəsi 2001-ci il 11 sentyabr terror hadisəsindən sonra artıq ABŞ-da tətbiq edilir. 

Son xəbərlər

Orphus sistemi