Aİ çirkli pulların yuyulmasına qarşı struktur yaratmağı planlaşdırır

Aİ çirkli pulların yuyulmasına qarşı struktur yaratmağı planlaşdırır Avropa İttifaqı təşkilata üzv ölkələrin banklarının mərkəzində olduğu və mövcud tənzimləyicilər tərəfindən vaxtında aşkar edilməyən bir sıra qalmaqallardan sonra çirkli pulların yuyulması ilə məşğul olacaq xüsusi tənzimləyicinin yaradılması imkanlarını nəzərdən keçirir.
Digər ölkələr
31 Oktyabr , 2019 16:40
Aİ çirkli pulların yuyulmasına qarşı struktur yaratmağı planlaşdırır

Avropa İttifaqı təşkilata üzv ölkələrin banklarının mərkəzində olduğu və mövcud tənzimləyicilər tərəfindən vaxtında aşkar edilməyən bir sıra qalmaqallardan sonra çirkli pulların yuyulması ilə məşğul olacaq xüsusi tənzimləyicinin yaradılması imkanlarını nəzərdən keçirir.

"Report" "Kommersant"a istinadən xəbər verir ki, bu barədə "Financial Times" qəzeti dekabr ayında Aİ ölkələrinin maliyyə nazirləri tərəfindən müzakirə ediləcək sənəd layihəsinə istinadən yazıb.

Onlar Avropa Komissiyasına çirkli pulların yuyulmasının qarşısını alacaq yeni müstəqil qurumun işi, eləcə də müştərilərin yoxlanılması ilə bağlı tövsiyələr hazırlamağı tapşırmaq niyyətindədirlər.

Qeyd edək ki, son zamanlarda Latviyanın ABLV, Danimarkanın "Danske Bank", İsveçin "Swedbank" bankında və digər banklarda çirkli pulların yuyulması ilə bağlı bir sıra genişmiqyaslı qalmaqallar yaşanıb. Yeni tənzimləyicinin yaradılması ideyası Fransa və Hollandiya tərəfindən dəstəklənir. Onların fikrincə, sıfırdan yaradılacaq yeni qurum ən yaxşı həll yolu ola bilər. Hərçənd mövcud Avropa bank administrasiyasının gücləndirilməsi variantı da nəzərdən keçirilir.

Son xəbərlər

Orphus sistemi