Aİ bu ilin sonuna qədər ofşor ölkələrin "qara siyahısını" tərtib edəcək

Aİ bu ilin sonuna qədər ofşor ölkələrin "qara siyahısını" tərtib edəcək Bakı. 13 noyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) 2017-ci ilin sonuna qədər şirkətlərin və fiziki şəxslərin milli vergi ödənişindən yayınmaqla maliyyə fəaliyyətini həyata keçirdikləri ofşor ölkələrinin siyahısını tərtib etmək niyyətindədir.
Digər ölkələr
13 Noyabr , 2017 15:37
Aİ bu ilin sonuna qədər ofşor ölkələrin qara siyahısını tərtib edəcək
La Croix

Bakı. 13 noyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) 2017-ci ilin sonuna qədər şirkətlərin və fiziki şəxslərin milli vergi ödənişindən yayınmaqla maliyyə fəaliyyətini həyata keçirdikləri ofşor ölkələrinin siyahısını tərtib etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat və maliyyə məsələləri üzrə avropa komissarı Pyer Moskovisi İtaliyada yayımlanan "Report" proqramına müsahibəsində bildirib.

"Bu ilin sonuna qədər vergi "cənnətlərinin" siyahısını hazırlamağa söz vermişdik. Aİ layiq olanları sərt cəzalandıracaq", - P.Moskovisi qeyd edib.

Onun sözlərinə görə, hazırda Aİ 90 ölkəni izləyir. Avropa Komissarı əlavə edib ki, bu ölkələr "qara siyahı"ya daxil olmaq istəməsələr, Aİ-nin müəyyən edilmiş bütün qaydalarına riayət etməlidirlər.

"Maliyyə vasitəçilərinə nəzarət sisteminin islahatı üzərində işləyirik və şübhəsiz ki, onların fəaliyyəti daha şəffaf olmalıdır", - P.Moskovisi bildirib.

Son xəbərlər

Orphus sistemi