Aİ Britaniya Parlamentində keçiriləcək səsvermə ərəfəsində Tereza Meyə "Brexit"lə bağlı məktub göndərib

Aİ Britaniya Parlamentində keçiriləcək səsvermə ərəfəsində Tereza Meyə "Brexit"lə bağlı məktub göndərib Bakı. 14 yanvar. REPORT.AZ/ Avropa İttifaqı Şurası və Avropa Komissiyası Böyük Britaniya parlamentində yanvarın 15-də Brexit ilə bağlı keçiriləcək səsvermə ərəfəsində Birləşmiş Krallığın Avropa Birliyindən çıxışı (Brexit) ilə bağlı razılaşma üzrə məsələnin izah edildiyi və Britaniyanın Baş naziri Tereza Meyə ünvanlanmış məktubu dərc etdirib.
Digər ölkələr
14 Yanvar , 2019 17:07
Aİ Britaniya Parlamentində keçiriləcək səsvermə ərəfəsində Tereza Meyə Brexitlə bağlı məktub göndərib
Novostivmire.com

Bakı. 14 yanvar. REPORT.AZ/ Avropa İttifaqı Şurası və Avropa Komissiyası Böyük Britaniya parlamentində yanvarın 15-də "Brexit" ilə bağlı keçiriləcək səsvermə ərəfəsində Birləşmiş Krallığın Avropa Birliyindən çıxışı (Brexit) ilə bağlı razılaşma üzrə məsələnin izah edildiyi və Britaniyanın Baş naziri Tereza Meyə ünvanlanmış məktubu dərc etdirib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Avropa Şurasının rəhbəri Donald Tusk və Avropa Komissiyasının sədri Jan-klod Yunker açıq məktubda Tereza Meyə heç bir hüquqi zəmanət verməyiblər, sadəcə, Brüsselin əsas həll edilməmiş problemə - İrlandiya və Şimali İrlandiya arasında sərhəd nəzarəti rejiminə olan yanaşmalarını ətraflı izah ediblər.

"Brexit" ilə bağlı razılaşma dəyişməz olaraq qalır", - sənəddə deyilir.

Aİ gələcək münasibətlər barəsində optimal razılaşma hazırlamaq üçün Böyük Britaniyanın Aİ-dən çıxmasının ardından başlayacaq keçid dövrünün uzadılmasına ("Brexit" sənədinin mətnində nəzərdə tutulub - red.) hazır olduğunu təsdiqləyib. 

Son xəbərlər

Orphus sistemi