Aİ "Brexit" üzrə danışıqları sürətləndirməyə hazırdır

Aİ "Brexit" üzrə danışıqları sürətləndirməyə hazırdır Aİ-nin "Brexit" üzrə koordinatoru: "Mənfi nəticələrdən yayınmaq üçün tərəflər Britaniyanın Aİ-dən çıxışına hazır olmalıdır"
Digər ölkələr
7 Sentyabr , 2017 18:00
Aİ Brexit üzrə danışıqları sürətləndirməyə hazırdır

Bakı. 7 sentyabr. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) "Brexit" üzrə koordinatoru Mişel Barnye Aİ-nin Böyük Britaniyanın təşkilatdan ayrılması üzrə danışıqları sürətləndirməyə hazır olduğunu deyib. 

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

"Danışıqları sürətləndirməyə hazıram", - M.Barnye bildirib.

Onun sözlərinə görə, vaxt çox sürətlə keçir və tərəflər mənfi nəticələrdən yayınmaq üçün Britaniyanın Aİ-dən çıxışına hazır olmalıdır.

Britaniya parlamenti isə bu gün Aİ qanunlarının ləğvi üzrə qanun layihəsinin dinləmələrinə başlayıb.

"Ləğv barədə dahi qanun layihəsi" ölkədə son illərin ən böyük qanun layihəsi kimi qələmə verilir. Qanun layihəsinin əsas müddəaları krallıq ərazisində Avropa qanunlarının işləməsinin ləğvi olacaq.

Son xəbərlər

Orphus sistemi