Aİ Belarusa qarşı sanksiyaların müddətini daha bir il uzadıb

Aİ Belarusa qarşı sanksiyaların müddətini daha bir il uzadıb Avropa İttifaqı (Aİ) Belarusa qarşı silah embarqosunun, habelə bu ölkənin dörd vətəndaşına qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini daha bir il uzadıb.
Digər ölkələr
17 Fevral , 2020 15:04
Aİ Belarusa qarşı sanksiyaların müddətini daha bir il uzadıb

Avropa İttifaqı (Aİ) Belarusa qarşı silah embarqosunun, habelə bu ölkənin dörd vətəndaşına qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini daha bir il uzadıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının bu gün Brüsseldə yayılan bəyanatında deyilir.

Bildirilir ki, Şura Belarusa qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini 2021-ci il fevralın 28-dək uzatmaq qərarına gəlib.

Sənəddə izah olunur ki, Brüssel silah və polis xüsusi texnikası təchizatına embarqonun, həmçinin belaruslu dörd təhlükəsizlik işçisinə qarşı viza məhdudiyyətlərinin müddətini 1999-2000-ci illərdə iki müxalif siyasətçi, bir iş adamı və bir jurnalistin sirli şəkildə yoxa çıxmasının səbəbinin araşdırılıb tapılmamasına görə uzadıb.

Son xəbərlər

Orphus sistemi