“İndi baş verənlər İkinci Dünya müharibəsindən bəri Avropanın ən zülmət saatlarıdır”.
“Report” xəbər verir ki, bunu Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel tviterdə yazıb.
“Avropa İttifaqı mümkün olan ən sərt sanksiyalardan istifadə edəcək. Prezident Putin bu mənasız aqressiyanı dayandırmalıdır. Biz Ukraynanın yanındayıq”,- paylaşımda bildirilib.