Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel bildirib ki, Aİ-nin dövlət və hökumət başçıları Ursula fon der Lyayenin Avropa Komissiyasının (AK) sədri vəzifəsinə təyin edilməsi barədə razılığa gəlməyiblər.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
"Bu gün razılaşma yoxdur", - Mişel Brüsseldə Aİ-nin 27 ölkəsinin liderlərinin qeyri-rəsmi şam yeməyindən sonra.
Avropa Şurasının rəhbəri əlavə edib ki, liderlər Aİ-nin gələcəyi ilə bağlı fikirlərini bölüşən fon der Lyayeni dinləyiblər.