Aİ ABŞ və İranı silahdan istifadəni dərhal dayandırmağa çağırıb

Aİ ABŞ və İranı silahdan istifadəni dərhal dayandırmağa çağırıb “Vaşinqton və Tehran vəziyyətin daha da gərginləşməməsi məqsədilə dialoqa yer vermək üçün silah istifadəsini dərhal dayandırmalıdır”.
Digər ölkələr
145
8 Yanvar , 2020 16:29
Aİ ABŞ və İranı silahdan istifadəni dərhal dayandırmağa çağırıb

“Vaşinqton və Tehran vəziyyətin daha da gərginləşməməsi məqsədilə dialoqa yer vermək üçün silah istifadəsini dərhal dayandırmalıdır”.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Brüsseldə mətbuat konfransında Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen söyləyib.

O, danışıqları bərpa etmək üçün mümkün olan hər şeyi etməyə dair çağırış edib.

Öz növbəsində, Brüsseldəki mətbuat konfransında Avropa Komissiyasının nümayəndəsi Dana Spinant İran ətrafındakı mövcud vəziyyətə baxmayaraq, Avropa İttifaqının İranın nüvə proqramı ilə əlaqədar Birgə Hərtərəfli Fəaliyyət Planını (BHFP) qorumaq üçün əlindən gələni edəcəyini bildirib.

Xatırladaq ki, yanvarın 3-nə keçən gecə ABŞ-ın Bağdad hava limanının ərazisinə endirdiyi raket zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin elit bölməsi olan İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) “Qüds” qanadının komandiri Qasım Süleymani öldürülüb. Tehran Vaşinqtonun bu addımına sərt reaksiya verəcəyini vəd edib. Yanvarın 8-nə keçən gecə “Sepah” ABŞ-ın İraqdakı iki bazasına raket zərbələri endirib.

“Reuters”in məlumatına görə, hücum nəticəsində 80 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi