Aİ 2024-cü ilin əvvəlində Ukrayna ilə bağlı yeni sammit keçirəcək

Aİ 2024-cü ilin əvvəlində Ukrayna ilə bağlı yeni sammit keçirəcək Avropa İttifaqı Ukraynaya 2027-ci ilə qədər 50 milyard avroluq yardım proqramını razılaşdırmaq üçün 2024-cü ilin əvvəlində növbədənkənar sammit keçirəcək.
Digər ölkələr
15 Dekabr , 2023 20:07
Aİ 2024-cü ilin əvvəlində Ukrayna ilə bağlı yeni sammit keçirəcək

Avropa İttifaqı Ukraynaya 2027-ci ilə qədər 50 milyard avroluq yardım proqramını razılaşdırmaq üçün 2024-cü ilin əvvəlində növbədənkənar sammit keçirəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Aİ-nin Brüsseldə keçirilən ikigünlük sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

“26 ölkə Ukraynaya yardım proqramını dəstəklədi, amma 26 qəbul etmək üçün kifayət deyil, ona görə də bu təklifi razılaşdırmaq üçün 27 ölkənin iştirakı ilə xüsusi sammitimiz olacaq”, - o deyib.

Son xəbərlər

Orphus sistemi