Yuxarı

Ağ Evin üzərindəki bayraq endirilib

Barak Obama həlak olanların ailələrinə ehtiram əlaməti olaraq bayrağın endirilməsini tapşırıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ ABŞ federal təhqiqatçıları Oreqon ştatındakı kollecdə qətlləri həyata keçirən şəxsə məxsus 13 silah ələ keçirib. “Report” “Amerikanın Səsinə” istinadən xəbər verir ki, silahlardan 6-sı məktəbdə, 7-si isə həmin şəxsin evində aşkar edilib.

"Bütün silahla qanuni yolla alınıb və eyni silah satan şirkətinə məxsus olub," deyə Spirtli İçki, Tütün, Silah və Partlayıcılar Bürosunndan Selinez Nunez bildirib. O, mətbuat konfransında deyib ki, silahların hamısını onun özü tərəfindən alınmayıb.

Umpqua Kollecində ələ keçirilən silahlardan 5-i tapança, 1-i isə tüfəng olub.

ABŞ prezidenti Barak Obama həlak olanların ailələrinə ehtiram və həmrəylik əlaməti olaraq Ağ Evin üzərindəki bayrağın endirilməsinə dair göstəriş verib.

Obama bildirib ki, qanuna riayət edən silah sahibləri də daxil olmaqla, əksər amerikalılar daha sərt silah qanunlarının qəbul edilməsi tərəfdarıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi