Bakı. 16 yanvar. REPORT.AZ/ "İranın atom-nüvə problemi həll edilsə də, İslam Respublikası hakimiyyətinə ABŞ-ın xeyli sualı var".
"Report" "iran.ru"ya istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin mətbuat katibi Coş Ernest deyib.
Onun sözlərinə görə, Vaşinqton Tehranın nüvə probleminin yekun həllində maraqlı olduğu kimi, İranın saxladığı iki amerkalının sərbəst buraxılmasında da maraqlıdır.
Ağ evin təmsilçisi bildirib ki, İran hakimiyyətinin ABŞ vətəndaşlarına münasibəti ilə bağlı da Vaşinqtonun Tehrana çoxlu sualları var. O, İranın İsrailə mənfi münasibətini xatırlayaraq, vurğulayıb: "İran terrorçuları fəal şəkildə dəstəkləyir".