Ağ Evin qarşısında hasar ucaldılır

Ağ Evin qarşısında hasar ucaldılır ABŞ-da Ağ Evin qarşısında Pensilvaniya prospekti tərəfdən hasar tikintisinə başlanılıb.
Digər ölkələr
31 İyul , 2019 15:07
Ağ Evin qarşısında hasar ucaldılır

ABŞ-da Ağ Evin qarşısında Pensilvaniya prospekti tərəfdən hasar tikintisinə başlanılıb.

“Report” ölkənin Milli Park Xidmətinin saytına istinadən xəbər verir ki, təqribən, 2 metr hündürlükdə olan mövcud hasar əvəzinə, ikiqat hündür, 13 futluq hasar ucaltmaq nəzərdə tutulur.

Müvafiq mühafizə cihazları ilə təchiz olunacaq yeni hasara kənar şəxslərin yaxınlaşması mümkünsüz olacaq.

Vaşinqtonda turistlərin də ən çox baş çəkdiyi Ağ Evi yenidən hasarlamaq planının kənar şəxslərin oraya girməyə cəhdlərilə əlaqədar olaraq, ortaya çıxdığı bildirilir.

Son xəbərlər

Orphus sistemi