Ağ Evin mətbuat katibini Trampa görə restorandan qovublar

Ağ Evin mətbuat katibini Trampa görə restorandan qovublar Bakı. 23 iyun. REPORT.AZ/ Ağ Evin mətbuat katibi Sara Sandersi ABŞ prezidenti Donald Trampla birlikdə işlədiyinə görə restorandan qovublar.
Digər ölkələr
23 İyun , 2018 23:24
Ağ Evin mətbuat katibini Trampa görə restorandan qovublar

Bakı. 23 iyun. REPORT.AZ/ Ağ Evin mətbuat katibi Sara Sandersi ABŞ prezidenti Donald Trampla birlikdə işlədiyinə görə restorandan qovublar.

"Report" xəbər verir ki, bu barədə o, "Twitter"-də bildirib.

Sara Sanders qeyd edib ki, Leksinqtondakı restoranlardan biri ABŞ lideri Trampa işlədiyinə görə ona xidmət göstərməkdən imtina edib.

"Dünən Virciniya ştatının Leksinqton şəhərindəki "Red Hen"un rəhbəri ABŞ prezidentinə işlədiyimə görə məndən restoranı tərk etməyimi xahiş etdi. Bu hərəkət məndən daha çox onun barədə danışır (təsəvvür yaradır - red)", - deyə Sanders "Twitter"də yazıb. 

Son xəbərlər

Orphus sistemi