Ağ Evin mətbuat katibi istefası haqqında xəbərləri təkzib edib

Ağ Evin mətbuat katibi istefası haqqında xəbərləri təkzib edib Bakı. 14 iyun. REPORT.AZ/ Ağ Evin mətbuat katibi Sara Sanders istefası haqqında xəbərləri təkzib edib.
Digər ölkələr
14 İyun , 2018 05:47
Ağ Evin mətbuat katibi istefası haqqında xəbərləri təkzib edib

Bakı. 14 iyun. REPORT.AZ/ Ağ Evin mətbuat katibi Sara Sanders istefası haqqında xəbərləri təkzib edib.

"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Mətbuat katibi "CBS" telekanalının ilin sonunda vəzifəsini guya tərk edəcəyi barədə yaydığı xəbərin doğru olmadığını bildirib.

"SBC" ola bilər ki, mənim planlarım və gələcəyim barədə mənim bilmədiyim nəyi isə bilir", - deyə Sanders "Twitter"də yazıb.

"Onlar mənim Ağ Evi "tərk etmək" planım haqda yazanda qızımla uşaq bağçasında tədbirdə idim. Hətta mənlə əlaqə saxlamadılar. İşim xoşuma gəlir və prezident Donald Trampla işləmək mənim üçün böyük şərəfdir", - deyə o əlavə edib. 

Son xəbərlər

Orphus sistemi