Ağ Evin baş iqtisadi müşaviri martın 31-də istefa verəcək

Ağ Evin baş iqtisadi müşaviri martın 31-də istefa verəcək Ağ Evin İqtisadi Məsləhətçilər Şurasının sədri Sesiliya Rouz martın 31-də istefa verəcək.
Digər ölkələr
26 Mart , 2023 01:47
Ağ Evin baş iqtisadi müşaviri martın 31-də istefa verəcək

Ağ Evin İqtisadi Məsləhətçilər Şurasının sədri Sesiliya Rouz martın 31-də istefa verəcək.

“Report” xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Qeyd olunub ki, Rouz əvvəllər İctimai və Beynəlxalq Əlaqələr Məktəbinin dekanı olduğu Prinston Universitetində işə qayıtmağa hazırlaşır. O, gələcəkdə Ağ Evə qayıda biləcəyini istisna etməyib.

Cari ilin fevral ayında ABŞ Prezidenti Cozef Baydenin baş iqtisadi müşaviri Brayan Diz də vəzifəsini tərk edib. O da Prinston Universitetində işləməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi