Ağ evdən ilk istefa verilib

Ağ evdən ilk istefa verilib Ceyms Klepper: "Özümü çox rahat hiss edirəm"
Digər ölkələr
17 Noyabr , 2016 21:10
Ağ evdən ilk istefa verilib

Bakı. 17 noyabr. REPORT.AZ/ABŞ Milli Kəşfiyyatının direktoru Ceyms Klepper istefa verib.

"Report" CNN-ə istinadən xəbər verir ki, o, Konqresdə dinləmələr zamanı Donald Trampın hakimiyyətə gəlişi fonunda istefa verdiyini bildirib.

İnformasiyaya əsasən, Ceyms Klepper bu qərarı gecə qəbul etdiyinin də söyləyib.

"Donald Trampın səlahiyyətlərinin icrasına 64 gün qalır. Gecə istefa haqda məktubumu təqdim etdim. Özümü çox rahat hiss edirəm", - deyə o vurğulayıb.

Qeyd edək ki, 75 yaşlı Klepper 2010-cu il avqustuun 9-da Milli Kəşfiyyatın direktoru təyin edilib. O, 1992-1995-ci illərdə Müdafiə Kəşfiyyatı Agentlyinin ilk direktoru vəzifəsində işləyib. 

Son xəbərlər

Orphus sistemi