Yuxarı
    Bağlamaq

    Ağ Ev yaxınlığında şübhəli əşya tapılıb

    Hazırda Məxfi Xidmət və polis tapılmış əşyanı yoxlayır

    Bakı. 22 avqust. REPORT.AZ/ ABŞ-da, Ağ Ev yaxınlığında şübhəli əşya tapılıb.

    "Report"un məlumatına görə, bu barədə "ABC News" xəbər verib.

    Xəbərdə bildirilir ki, şübhəli əşya binanın hasarında aşkar edilib. Bununla bağlı ABŞ-ın Məxfi Xidmətinin əməkdaşları binanın işçilərini və jurnalistləri təxliyyə ediblər.

    Hazırda xidmət və polis tapılmış əşyanı yoxlayır.

    ABŞ prezidenti Donald Trampın prezident təyyarəsində olduğu bildirilir. O, tərəfdarları qarşısında çıxış etmək üçün təyyarə ilə Arizonya uçub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi