Ağ Ev yaxınlığında silahlı şəxs saxlanılıb

Ağ Ev yaxınlığında silahlı şəxs saxlanılıb O, saxlanılan zaman müqavimət göstərib
Digər ölkələr
6 Noyabr , 2016 02:30
Ağ Ev yaxınlığında silahlı şəxs saxlanılıb

Bakı. 6 noyabr. REPORT.AZ/ ABŞ-ın Məxfi Xidmətinin əməkdaşı şənbə günü Ağ Ev yaxınlığında silahlı şəxs yaxalayıb və təhlükəsizlik məqsədi ilə prezidentin oturduğu binaya giriş və çıxış müvəqqəti olaraq bağlanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxsin silah gəzdirmək icazəsi olmayıb. Bundan əlavə, kişi saxlanılan zaman müqavimət göstərib. İnsident prezident Barak Obama Ağ Evdə olmayan zaman baş verib. Amerika lideri həmin zaman Merilend ştatında qolf oynayırmış.

Saxlanılan şəxsin adı və hadisənin digər təfərrüatları açıqlanmır.

Son xəbərlər

Orphus sistemi