Yuxarı
    Bağlamaq

    Ağ Ev yaxınlığında avtomobildəki bombanı partlatmaqla hədələyən şəxs tutulub

    Ağ Evin mühafizəsi, habelə yaxınlıqdakı bir neçə küçədə təhükəsizlik tədbirləri gücləndirilib© Foto: ero vostok

    Bakı. 19 mart. REPORT.AZ/ Vaşinqtonda sürücülərdən biri Ağ Evin qarşısına gələrək avtomobildə partlayıcı maddənin olduğunu bildirib.

    "Report" xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

    Məlumata görə, hadisə ABŞ prezidenti iqamətgahının nəzarət-buraxılış məntəqəsi yaxınlığında baş verib. Agentliyi bilgiləndirən mənbənin sözlərinə görə, həmin şəxs saxlanılıb. Onun avtomobiil isə hazırda yoxlanılır.

    Xəbəri Ağ Evin nümayəndələri dəqiqləşdirmək mümkün olmayıb. Lakin binanın mühafizəsi, habelə Ağ Ev yaxınlığındakı bir neçə küçədə təhükəsizlik tədbirləri gücləndirilib və yollar vəziyyətə aydınlıq gətirilənə kimi bağlanılıb.

    Avtomobildə hər hansı partlayıcı qurğunun olması xəbəri təsdiq olunmayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi