Ağ Ev xarici ölkələrə yardımları ixtisar etmir

Ağ Ev xarici ölkələrə yardımları ixtisar etmir Ağ Ev xarici ölkələrə yardımları milyardlarla dollar ixtisar etmək barədə təklifi qəbul etməyib.
Digər ölkələr
23 Avqust , 2019 15:54
Ağ Ev xarici ölkələrə yardımları ixtisar etmir

Ağ Ev xarici ölkələrə yardımları milyardlarla dollar ixtisar etmək barədə təklifi qəbul etməyib.

“Report” “Politico”ya istinadən xəbər verir ki, bir çox mənbələrə görə bu fikir Konqres üzvləri tərəfindən mənfi qarşılanıb. Belə ki, istər Senat, istərsə də Nümayəndələr Palatasının üzvləri administrasiyanın bu təşəbbüsü nəticəsində iyul ayında əldə edilmiş büdcə razılaşmasının sual altında qalacağını irəli sürüblər.

Qeyd edək ki, prezident Donald Tramp xarici ölkələrə bir sıra maddələr üzrə milyardlarla dollar məbləğindəki yardımları ixtisar etməklə bağlı dəfələrlə məsələ qaldırsa da, bu, millət vəkilləri tərəfindən qəbul olunmayıb.

Son xəbərlər

Orphus sistemi