Ağ Ev ÜST-ün koronavirusun mənşəyi ilə bağlı məruzəsini tənqid etdi

Ağ Ev ÜST-ün koronavirusun mənşəyi ilə bağlı məruzəsini tənqid etdi Ümumdünya Səhiyyə Təşkilatının məruzəsi COVID-19-un mənşəyini aydınlaşdırmadı
Digər ölkələr
172
30 Mart , 2021 22:26
Ağ Ev ÜST-ün koronavirusun mənşəyi ilə bağlı məruzəsini tənqid etdi
Cen Psaki

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məruzəsi COVID-19-un mənşəyini aydınlaşdırmadı.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

"Bizim ekspertlərimiz ondan narahatdır ki, hər hansı bir fərziyə üçün əlavə dəstək yoxdur. Mənşə ilə əlaqəli altı-doqquz ay əvvəl baş verənlərlə müqayisədə anlayışa və ya daha çox biliyə yaxın olmamışıq. Eyni zamanda bunun qarşısını necə almağımıza dair heç bir göstəriş və tövsiyə yoxdur, halbuki gələcəkdə bu da lazımdır", - Psaki deyib.

Bundan başqa, o, Çini virusun mənşəyinin səbəbləri üzrə qeyri-şəffaflıqda ittiham edib. "Onlar şəffaf deyildilər, məlumatları vermədilər. Bunu əməkdaşlıq adlandırmaq olmaz", - Psaki deyib.

Dünən məlum olub ki, Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri tərəfindən hazırlanan hesabatda yeni koronavirusun yayılma mənbəyinin Çindən xaricdə olması istisna edilmir. “The Wall Street Journal” nəşrinin jurnalistləri yanvar-fevral aylarında Çində koronavirusun mənşəyinin yayılma şərtlərini aydınlaşdırmaqla məşğul olan mütəxəssislər tərəfindən hazırlanmış hesabatla tanış olublar. Materialda qeyd edilir ki, mütəxəssislər virusun harada və necə yayılmağa başlaması barədə suala qəti cavab vermirlər.

Son xəbərlər

Orphus sistemi