Ağ Ev: Donald Trampın səfər qrafikində KXDR lideri ilə görüş yoxdur

Ağ Ev: Donald Trampın səfər qrafikində KXDR lideri ilə görüş yoxdur ABŞ administrasiyası dövlət başçısı Donald Trampın Cənubi Koreyaya səfər qrafikini açıqlayıb.
Digər ölkələr
29 İyun , 2019 21:23
Ağ Ev: Donald Trampın səfər qrafikində KXDR lideri ilə görüş yoxdur

ABŞ administrasiyası dövlət başçısı Donald Trampın Cənubi Koreyaya səfər qrafikini açıqlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, qrafikə əsasən Amerika lideri yerli vaxtla saat 13:05-də Cənubi Koreya prezidenti Mun Çje İnlə birgə mətbuat konfransında iştirak edəcək. 

Ağ Ev rəhbəri sonra Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə Cənubi Koreya arasındakı hərbsizləşdirilmiş zonaya, oradakı müşahidə məntəqəsinə gedəcək.

Bildirilir ki, ABŞ prezidentinin səfər qrafikində KXDR lideri Kim Çen Inla görüş nəzərdə tutulmayıb. 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşmək arzusunda olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi