KİV: Ağ Ev Trampın impiçmenti üzrə kənar hüquqşünaslarla məsləhətləşir

KİV: Ağ Ev Trampın impiçmenti üzrə kənar hüquqşünaslarla məsləhətləşir Ağ Ev ABŞ prezidenti Donald Trampın Konqresdə demokratlar tərəfindən başlanmış impiçmenti prosedurunun hüquqi məsələlərində konsultasiya üçün kənar hüquqşünaslara müraciət edib.
Digər ölkələr
9 Oktyabr , 2019 01:33
KİV: Ağ Ev Trampın impiçmenti üzrə kənar hüquqşünaslarla məsləhətləşir
Foto: "AP"

Ağ Ev ABŞ prezidenti Donald Trampın Konqresdə demokratlar tərəfindən başlanmış impiçmenti prosedurunun hüquqi məsələlərində konsultasiya üçün kənar hüquqşünaslara müraciət edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə şəxsi mənbələrə istinadən CNN teleşirkəti bildirib.

Məlumata görə, belə hüquqşünaslardan biri Konqresin Nümayəndələr Palatasının Nəzarət və Hökumət İslahatı üzrə Komitəsinin keçmiş sədri Trey Qoudidir. O, Şimali Karolina ştatındandır və respublikaçıların üzvüdür. Trey Qoudi qanunverici fəaliyyətə qədər prokurorluqda işləyib. 

Son xəbərlər

Orphus sistemi