Ağ ev: Tramp Suriyadan qoşunların çıxarılmasına dair qərarını dəyişməyəcək

Ağ ev: Tramp Suriyadan qoşunların çıxarılmasına dair qərarını dəyişməyəcək ABŞ Prezidenti Donald Tramp Amerika qoşunlarının Suriyadan çıxarılması barədə qərarını dəyişməyəcək
Digər ölkələr
114
24 Dekabr , 2018 10:08
Ağ ev: Tramp Suriyadan qoşunların çıxarılmasına dair qərarını dəyişməyəcək

Bakı. 24 dekabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp Pentaqon rəhbəri və digər yüksək çinli məmurların istefaya getməsinə baxmayaraq, Amerika qoşunlarının Suriyadan çıxarılması barədə qərarını dəyişməyəcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABC telekanalına açıqlamasında Ağ ev Aparatının rəhbəri vəzifəsini yerinə yetirən Mayk Malvani bildirib.

Bu məsələ ilə bağlı Trampın siyasətinin dəyişməsinin mümkünlüyü barədə sualı cavablandıran Malvani belə deyib: "Xeyr, hesab edirəm ki, Prezident lap əvvəldən insanlara Suriyada daimi qalmaq istəmədiyini söyləyib. İkiillik işin nəticəsini görürüsünüz".

Son xəbərlər

Orphus sistemi