Bakı. 30 noyabr. REPORT.AZ/ Reks Tillerson ABŞ-ın dövlət katibi vəzifəsində qalır.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.
"Prezidentin (ABŞ prezidenti Donald Tram - red) dediyi kimi, Reks burdadır. Dövlət katibi Tillerson Dövlət Departamentinə rəhbərliyi davam etdirir və bütün kabinet prezident Trampın idarəetməsinin inanılmaz birinci ilini tamamlanması ətrafında cəmlənib", - deyə Ağ Evin məlumatında bildirilir.
Qeyd edək ki, bundan əvvəl "The New York Times" mənbəyə istinadən Trampın Tillersonu vəzifədən azad edəcəyi barədə məlumat yayıb. Məlumatda bildirilib ki, prezident onu MKİ-nin rəhbəri Mayk Pompeo ilə əvəzləyəcək.