Yuxarı

​Ağ ev Suriya səbəbindən Rusiyanın təcrid edilə biləcəyini istisna etmir

Bu nəticələr daha dərin ola bilər

Bakı. 2 oktyabr. REPORT.AZ/ Ağ ev istisna etmir ki, Suriya hadisələrinin Rusiya üçün diplomatik nəticələri ola bilər, eləcə də bu, onun beynəlxalq təcridinə gətirib çıxara bilər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Coş Ernest məlumat verib.

"Bu, beynəlxalq ictimaiyyət tərəfindən tətbiq edilə biləcək adi diplomatik qadağalardan daha dərin bir nəticə ola bilər…Mən bunu qəti istisna etmirəm", — deyə Ernest bildirib.

O əlavə edib ki, belə nəticələrə o beynəlxalq təcridi də aid edir.

Rusiya sentyabrın 30-da Suriyada "İraq-Şam İslam Dövləti" terror qruplaşmasına qarşı hərbi əməliyyatlara başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi