Ağ Ev: Sinqapur təhlükəsizlik baxımından ABŞ-KXDR sammiti üçün seçilib

Ağ Ev: Sinqapur təhlükəsizlik baxımından ABŞ-KXDR sammiti üçün seçilib Bakı. 11 may. REPORT.AZ/ Ağ Ev Sinqapurun ABŞ-KXDR sammitinin keçirilməsi üçün seçilməsi səbəblərinə aydınlıq gətirib.
Digər ölkələr
11 May , 2018 03:07
Ağ Ev: Sinqapur təhlükəsizlik baxımından ABŞ-KXDR sammiti üçün seçilib

Bakı. 11 may. REPORT.AZ/ Ağ Ev Sinqapurun ABŞ-KXDR sammitinin keçirilməsi üçün seçilməsi səbəblərinə aydınlıq gətirib.

"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Ağ Ev nümayəndəsinə istinadən yayılan xəbərə görə, Sinqapur təhlükəsizlik qaydalarına görə tarixdə ilk ABŞ-Şimali Koreya sammitinin keçirilməsi üçün meydan kimi seçilib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi bildirib ki, ABŞ administrasiyasının fikrinə görə, bura həm də ada-dövlətin neytral statusu nəzərə alınaraq görüş yeri kimi seçilib.

ABŞ və Koreya Xalq Demokratik Respublikasının nümayəndələri arasında yüksək səviyyəli görüşün Sinqapurda təşkil edilməsi təşəbbüsü Vaşinqton tərəfindən irəli sürülüb. 

Son xəbərlər

Orphus sistemi