Ağ ev: Rusiya və ABŞ prezidentlərinin görüşü hələ razılaşdırılmayıb

Ağ ev: Rusiya və ABŞ prezidentlərinin görüşü hələ razılaşdırılmayıb "Bu, səhv məlumatdır"
Digər ölkələr
10 İyun , 2017 03:56
Ağ ev: Rusiya və ABŞ prezidentlərinin görüşü hələ razılaşdırılmayıb
Associated Press

Bakı. 10 iyun. REPORT.AZ/ Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın G20-nin Hamburqda keçiriləcək sammiti çərçivəsində görüşü hələ razılaşdırılmayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Ağ ev yanında ABŞ Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətindən bildirilib.

Mətbuat xidmətinin əməkdaşı belə bir görüş razılaşdırılıbmı sualına "Xeyir" deyə cavab verib.

"Bu, səhv məlumatdır. Bizim prezidentin səfər cədvəli hələ hazırlanma mərhələsindədir", - deyə o, "Bloomberg"in prezidentlərin görüşəcəyi ilə bağlı yaydığı xəbəri şərh edərkən deyib.

Son xəbərlər

Orphus sistemi