Ağ Ev rəsmisi Meksika ilə sərhəddə tikiləcək divarın xərclərini açıqlayıb

Ağ Ev rəsmisi Meksika ilə sərhəddə tikiləcək divarın xərclərini açıqlayıb Bakı. 18 yanvar. REPORT.AZ/ Ağ Ev Aparatının rəhbəri Con Kelli Meksika ilə sərhəddə inşa ediləcək divarın təxminən 20 milyard dollara başa gələcəyini deyib.
Digər ölkələr
18 Yanvar , 2018 05:43
Ağ Ev rəsmisi Meksika ilə sərhəddə tikiləcək divarın xərclərini açıqlayıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Ağ Ev Aparatının rəhbəri Con Kelli Meksika ilə sərhəddə inşa ediləcək divarın təxminən 20 milyard dollara başa gələcəyini deyib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına müsahibəsində bildirib.

O, qeyd edib ki, ABŞ prezidenti Donald Tramp divarın tikilməsi və Meksikadan bunun üçün vəsaitin alınması ideyasından imtina etməyib. Lakin Kellinin sözlərinə görə, pul Meksika hökumətindən nəqd yolu ilə alınmaya bilər. Tramp hazırda pulu Şimali Amerika Azad Ticarət Zonası vasitəsilə alınması variantını nəzərdən keçirir.

Daha əvvəl bildirilirdi ki, Tramp Konqresdən divarın inşası üçün 18 milyard dollar istəyib.

Son xəbərlər

Orphus sistemi